İranın Silahlı Qüvvələri İsraildəki hədəflərə səhərə qədər davam edəcək yeni zərbə dalğasına başlayıb.
"Tasnim" agentliyinin məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İranın Silahlı Qüvvələrinin elit bölmələri - SEPAH) nümayəndəsi Əli Məhəmməd Naini bildirib.
"Bir neçə dəqiqə əvvəl "Doğru vəd 3" əməliyyatının doqquzuncu dalğası başlayıb. Bu, raketlər və pilotsuz təyyarələrdən istifadə edilən birləşmiş hücumdur. Əməliyyat səhərə qədər davam edəcək", - agentlik onun sözlərini sitat gətirib.
**18:59 (16.6.2025)
İran İsrailə çox sarsıdıcı zərbə endirməyə hazırlaşır.
"Fars" Agentliyi xəbər verir ki, bu barədə İranın Təhlükəsizlik Qüvvələrinin adı açıqlanmayan yüksək rütbəli rəsmisi deyib.
Bununla belə, həmin şəxs təfərrüatları açıqlamayıb.