
Rusiya ordusunun ümumilikdə 450-dən çox zərbə dronu və müxtəlif tipli 30 raketdən istifadə etməklə Ukrayna ərazisinə endirdiyi zərbə nəticəsində 2 nəfər yaralanıb, iri şəhərlər işıqsız və susuz qalıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə öz “Telegram” kanalındakı paylaşımında məlumat verib.
“Odesa vilayətində iki nəfər yaralanıb. Ölkə üzrə ondan çox mülki obyektə ziyan dəyib. Bu gecə Kirovoqrad, Nikolayev, Odessa, Sumı, Xarkov, Xerson və Çerniqov vilayətlərinə endirilən zərbələr nəticəsində minlərlə ailə hazırda işıqsız qalıb. Dnepropetrovsk və Çerkası vilayətləri də atəşə tutulub. Düşmən ümumilikdə 450-dən çox zərbə dronu və müxtəlif tipli 30 raketdən istifadə edib. Vəziyyəti bərpa etmək və yaxşılaşdırmaq üçün əlimizdən gələni edirik. Bərpa işlərinə cəlb olunan bütün insanlara təşəkkür edirəm”, - Zelenski qeyd edib.