Rusiya və İran prezidentləri Aşqabadda bir araya gəldilər
VİDEO

Dekabrın 12-də Aşqabadda Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian arasında görüş keçirilib.

 

Senzor.az bildirir ki, görüş orada təşkil olunmuş Türkmənistanın neytrallığının 30-illiyinə həsr edilən "Beynəlxalq Sülh və Təhlükəsizlik" forumu çərçivəsində baş tutub.

 

Putin iki ölkə arasında münasibətlərin müsbət inkişaf etdiyini söyləyib. O bildirib ki, İran və Rusiya arasında ticarət ötən il 13%, bu il isə daha 8% artıb: "Biz Buşehr və Şimal-Cənub marşrutunun infrastrukturunun inkişafl da daxil olmaqla, əsas böyük layihələrimiz üzərində işləməyə davam edirik".

 

Putin əlavə edib ki, Rusiya və İran qaz və elektrik enerjisi sahələrində əməkdaşlıq məsələlərini müzakirə edirlər.

 

Pezeşkian beynəlxalq səviyyədə İrana verdiyi dəstəyə görə Rusiyaya təşəkkür edib: "Mövqelərinizə, beynəlxalq səviyyədə siyasi mövqelərimizi dəstəklədiyinizə görə sizə təşəkkür etmək istəyirəm".

 

İran Prezidenti həmçinin bildirib ki, ilin sonunadək “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində Astara-Rəşt dəmir yolu hissəsi istifadəyə veriləcək.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.