Hikmət Hacıyev: Ermənistan cəmiyyəti azərbaycanlılardan üzr istəməlidir

"Sülh Sazişi imzalana və sadəcə kağız üzərində də qala bilər”.

 

Senzor.az bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.

 

O bildirib ki, Azərbaycan üçün 2025-ci ildə Sülh Sazişi ilə bağlı razılıq çoxillik müharibədən sonra asan deyildi: "Prezident İlham Əliyev öz xoş məramını göstərdi. Sülh Sazişi Ermənistana Azərbaycan tərəfindən təqdim edilib, ilk prinsiplər Azərbaycanda hazırlanıb. Vaşinqton Sammitində Sülh Sazişi paraflandı. Daha sonra Azərbaycan sülh üçün vacib addımlar atdı".

 

Hikmət Hacıyev qeyd edib ki, Ermənistan cəmiyyəti azərbaycanlılardan üzr istəməlidir: "Azərbaycanlılar öz torpaqlarından məcburi köçkün düşərək 30 il geri qayıda bilmədilərr. Onlardan üzr istənilməlidir. Münaqişədən sonrakı dövrdə erməni cəmiyyətində revanşist elementlər müşahidə olunur".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.