
Ukraynada hərbi vəziyyət rejimi daha üç ay müddətinə uzadılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin oktyabrın 26-da bununla bağlı Ali Radaya göndərdiyi sənəd təsdiqlənib.
Lehinə 293 deputatın səs verdiyi qərara əsasən, Ukraynada hərbi vəziyyətin müddəti 31 oktyabr 2026-cı ildən 29 yanvar 2027-ci ilədək uzadılıb.
Yeri gəlmişkən, bu, Ukraynada tammiqyaslı müharibənin başlanmasından sonra hərbi vəziyyətin müddətinin 21-ci dəfə uzadılmasıdır.
Onu da qeyd edək ki, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 24 fevral 2022-ci ildən qüvvədədir.