Özbəkistan Prezidenti Daşkənddə Qətər Əmiri ilə görüşüb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 26-da ölkəyə işgüzar səfərə gələn Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd əl-Tani ilə görüşüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, görüşdə Özbəkistan və Qətər arasında ali səviyyədə aparılan fəal dialoqun və sistemli işlərin nəticəsində ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluq ifadə olunub.

 

Qeyd edilib ki, bu cür yaxın münasibətlər iki ölkə arasında dostluq və əməkdaşlığı daha da möhkəmləndirir.

 

Görüş zamanı ali səviyyədə əldə olunmuş razılaşmaların icra vəziyyəti nəzərdən keçirilib. Tərəflər ticari-iqtisadi, investisiya, sosial və humanitar sahələrdə layihələrin daha da genişləndirilməsi barədə razılığa gəliblər.

 

Liderlər qlobal və regional əhəmiyyət daşıyan məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.