
Bir neçə gün əvvəl yolu azaraq Ermənistan ərazisinə keçən 1968-ci il təvəllüdlü tovuzlu çoban Yaşar Əli oğlu Qasımov Azərbaycana qaytarılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd olunub ki, Y.Qasımov oktyabrın 24-də Azərbaycanın səlahiyyətli orqanlarına təhvil verilib.