
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın müharibə naziri Pit Heqsetin Ukraynaya “Patriot” və NASAMS hava hücumundan müdafiə sistemləri üçün raketlərin göndərilməsinə dair sənədləri bir aydan artıqdır imzalamadığını bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Zelenski bu barədə özünün “Telegram” kanalında yazıb.
“Artıq bir aydan çoxdur ki, cənab Heqsetin “Patriot” və NASAMS raketləri ilə bağlı imzasını gözləyirik. ABŞ tərəfi ilə bu məsələni yenidən müzakirə etməyi tapşırdım”, – Ukrayna Prezidenti qeyd edib.
Qeyd edək ki, “Patriot” və NASAMS Ukraynanın hava hücumundan müdafiə sisteminin mühüm tərkib hissələridir. Bu sistemlər ölkənin hava məkanının qorunmasında, raket və digər hava təhdidlərinin qarşısının alınmasında istifadə olunur.