Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 946 yoluxma halı qeydə alınıb, 48 nəfər ölüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 581 815, ölənlərin sayı isə 8 233 nəfərə çatıb.
Virusa yoluxanlardan 545 961 nəfərin sağaldığı bildirilir.
Yeri gəlmişkən, sentyabrın 13-dən Gürcüstanda koronavirusla əlaqədar tətbiq olunan bəzi qadağalar ləğv olunub, ölkənin iri şəhərlərində ictimai nəqliyyat fəaliyyətini bərpa edib.
İctimai nəqliyyatda qoruyucu maskadan istifadəyə ciddi nəzarət həyata keçirilir.