Zəngilan Beynəlxalq Hava Limanında ilk dəfə “ASAN Viza” sistemi vasitəsilə xidmət göstərilib.
Bu gün Zəngilan rayonuna səfər edən diplomatlara aeroportda elektron viza rəsmiləşdirilib.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelər Zəngilan rayonuna səfərə gediblər.
Səfərdə iqamətgahı Bakıda və Ankarada yerləşən 70-ə yaxın səfirlik və 10-dan çox beynəlxalq təşkilatın nümayəndələri - səfirlər, rəhbər şəxslər və digər diplomatlar, hərbi attaşelər, həmçinin Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər. Səfərdə ümumilikdə 150-yə yaxın iştirakçı var.("Report")