“Orta əsr Ağsu şəhərində Şıxməzid xanəgahı” sərgisi açılıb - FOTO

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki tarixi Cümə məscidində “Orta əsr Ağsu şəhərində Şıxməzid xanəgahı” sərgisinin açılışı olub.

 

Medeniyyet.az bildirir ki, Qoruğun ekspozisiya və kütləvi ekskursiya, fondların qorunması, komplektləşdirilməsi və elmi tədqiqatlar şöbələrinin əməkdaşları tərəfindən tərtib olunan sərginin açılışında Dövlət Xidmətinin Ağsu rayonu üzrə abidə mühafizəçiləri, Milli Azərbaycan Tarix Muzeyi, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, rayon Gənclər və İdman İdarəsi, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

 

Tədbirdə “Orta əsr Ağsu şəhəri” qoruğunun direktoru Şölə Bayramova, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, qoruğun əməkdaşı Elxan Xəlilov, Milli Azərbaycan Tarix Muzeyinin əməkdaşı Həbibə Əliyeva və Dövlət Xidmətinin Ağsu rayonu üzrə abidə mühafizəçisi Allahverdi Qənbərov çıxış ediblər. 

Qeyd olunub ki, arxeoloji tədqiqatların nəticəsi olaraq, Şıxməzid xanəgahının həyətyanı sahə kimi verilməsinin qarşısı alınıb, abidə Mədəniyyət Nazirliyi tərəfindən nəzarətə götürülüb, mühafizə zonası hazırlanıb, “Orta əsr Ağsu şəhəri” qoruğunun tərkibinə daxil edilib. Bildirilib ki, sərgidə nümayiş olunan materialların kataloqu nəşr ediləcək.

 

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Qonaqlar üçün, həmçinin Şıxməzid xanəgahı ərazisinə ekskursiya təşkil edilib. 

Sərginin gələn ilin 18 mart tarixinə qədər açıq olması nəzərdə tutulub.

 

Qeyd edək ki, sərgidə 2012-2013-cü illərdə Şıxməzid kəndi ərazisində aparılmış arxeoloji tədqiqatlar nəticəsində Şıxməzid xanəgahının məscid-mədrəsə hissəsindən aşkar olunan səkkizguşəli, dördtilli kaşılar, şirli divar bəzəkləri, saxsı qab hissələri, nəbati, həndəsi və səmavi naxışlı qablar və s. nümayiş etdirilir. 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.