Naxçıvanda taksi sürücüləri Ali Məclisin binası qarşısında etiraz aksiyası keçiriblər.
Turan-a bu barədə aksiya iştirakçılarından biri məlumat verib.
O bildirib ki, aksiyada onlarla sürücü iştirak edib. "Naxçıvanda istənilən adam taksi sürücüsü işləyə bilməzdi. Vasif Talıbov dövründə taksilər yalnız "NAZ Lifan" markalı avtomobil olmalı idi. Başqa maşınlara taksi işləməyə icazə verməmişdilər. Etiraz edən kimi maşınları cərimə meydançasına aparırdılar, lisenziyamızı isə ləğv edirdilər. Biz də acından ölməmək üçün məcbur olub razılaşırdıq. Bu 20 minlik maşınları bizə 35 min manata satırdılar".
Etirazçılar yeni rəhbərlikdən onların müracətinə baxmağa xahiş etdiklərini söyləyiblər.
Aksiyanın insidentsiz başa çatdığı bildirilir.