Audiovizual Şura Türkiyədə baş verən, çoxlu sayda insan ölümü ilə nəticələnən dəhşətli zəlzələ ilə əlaqədar televiziya kanallarına proqram səbətinə dəyişiklik edilməsi barədə tövsiyə verib.
Bunu açıqlamasında Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov bildirib.
Onun sözlərinə görə, qardaş ölkədə baş verən faciə ilə əlaqədar kanalların bəziləri artıq özləri proqram səbətinə dəyişiklik edib:
“Audiovizual Şura olaraq biz də tövsiyə vermişik ki, bu məsələ nəzərə alınsın”.(APA)