Şuşada ANAMA, Aİ və BMTİP arasında sənəd imzalanıb - YENİLƏNİB

Azərbaycan hökuməti, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi məqsədilə minaların təmizlənməsi üzrə qüvvələrini birləşdirir.


Bu gün Şuşada Aİ, BMTİP və ANAMA Azərbaycanda məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi məqsədilə yeni layihə imzalayıb.


Qeyd edək ki, layihə üçün 4,25 milyon avro maliyyə töhfəsi verən Avropa İttifaqı bu günə qədər Azərbaycanda minatəmizləmə əməliyyatlarına ən böyük dəstək verən beynəlxalq təşkilatdır.


**13:36

Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Azərbaycanda məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi məqsədilə yeni layihəyə başlayıb.


APA xəbər verir ki, Şuşada "Məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarının artırılmasına dəstək” layihəsinin açılışı olub.


Açılışda çıxış edən Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, mina problemi insanların həyatına pis təsir edir, azad olunmuş ərazilərdə bərpa işlərinə ən böyük əngəl olaraq qalır.


“Mina həmçinin bizim vətəndaşlarımızın öz evlərinə geri dönməsinə imkan vermir. Azərbaycan hökuməti, ANAMA-nın rəhbərliyi ilə minalardan təmizlənmə istiqamətində böyük səylər göstərir. Bizim bu işimi sürətləndirəcək bütün addımları alqışlayırırq”, - o deyib.


Aydın Kərimov deyib ki, Şuşa azad olunduqdan sonra şəhərin bərpası istiqamətində böyükmiqyaslı işlər başlayıb.


“Sosial layihələrlə yanaşı enerji obyektləri tikilir. Şuşada 200-ə qədər tarixi abidə var, lakin 30 illik işğal dövründə onların çoxuna ciddi zərər verilib, dağıdılıb. Şuşa regionun həm də əsas turistik şəhərlərindən biridir. Biz şəhərin bu potensialının təşviqi üçün işləyirik", deyən Aydın Kərimov əlavə edib ki, şəhərdə otellər tikilib.


O, şəhərdə 12 abidənin hazırda bərpa olunduğunu, onlardan 5-nin şəhərin azad olunmasının ilk aylarında bərpa edildiyini deyib.


“Beynəlxalq arenada biz Şuşanı, mədəniyyət paytaxtımızı təbliğ edirik. Əməkdaşlıq memorandumları imzalayırıq, artıq 6 şəhərlə qardaşlıq sənədi imzalamışıq. Onlardan ikisi Aİ şəhəridir. Katovitsedə keçirilən Urban forumunda iştirak edərək regionda və Şuşada həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat verdik”,- Aydın Kərimov deyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.