Qazın təzyiqinə, temperaturuna və tərkibinə dair tələblər təsdiqlənib

Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər təsdiqlənib.


Senzor.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.


Qərara əsasən, qazın keyfiyyət göstəricilərinin texniki reqlamentlərin (texniki reqlamentlər qüvvəyə minənədək qazın keyfiyyət göstəricilərinin dövlət standartlarının) tələblərinə uyğunluğuna nəzarət Energetika Nazirliyi tərəfindən həyata keçiriləcək.


Qaz qurğularının qazın atmosferə buraxılmaması göstəricilərinə dair tələblər aşağıdakı kimidir:


1. Qaz qurğuları qazın atmosferə buraxılmamasını təmin etməli və başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır.


2. Qaz qurğularına qazın atmosferə buraxılmamasına dair aşağıdakı tələblər müəyyən edilir:


1. qaz qurğuları “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qəbul edilmiş texniki reqlamentlərin tələblərinə cavab verməlidir;


2. sənaye qaz qurğularında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilmiş hallarda və müddətlərdə buraxılış-sazlama və rejim-sazlama işləri aparılmalıdır;


3. qaz qurğuları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar edilməlidir;


4. qaz qurğusu işə salındıqdan dərhal sonra və onun istismarı zamanı qazın yanma məhsullarının (tüstü qazlarının) tüstü bacalarına ötürülməsi ilə havanın sorulması yoxlanılmalıdır.


Qazın keyfiyyət göstəricilərinə dair tələblər isə belədir:


1. İstehlakçıya satılan qazın keyfiyyət göstəriciləri “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qəbul edilmiş texniki reqlamentlərin tələblərinə cavab verməlidir.


2. Qazın keyfiyyət göstəricilərinin texniki reqlamentlərin (texniki reqlamentlər qüvvəyə minənədək qazın keyfiyyət göstəricilərinin dövlət standartlarının) tələblərinə uyğunluğuna qaz paylayıcısı tərəfindən riayət olunmalıdır.


Qaz qurğularının qazın atmosferə buraxılmaması göstəricisinə dair tələblərin və qazın keyfiyyət göstəricilərinin texniki reqlamentlərin tələblərinə uyğunluğunun müəyyənləşdirilməsi aşağıdakı kimi olacaq:


Qaz qurğularının qazın atmosferə buraxılmaması göstəricisinə dair tələblərin və qazın keyfiyyət göstəricilərinin texniki reqlamentlərin tələblərinə uyğunluğunun müəyyənləşdirilməsi “Texniki tənzimləmə haqqında” və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na uyğun həyata keçirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.