“Azərpoçt” bütün şöbələrində Türkiyəyə yardım qəbuluna başlayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC Türkiyədə zəlzələdən zərərçəkənlər üçün Azərbaycanda başlanan genişmiqyaslı yardım kampaniyasına dəstək verir.


Senzor.az xəbər verir ki, bu gündən “Azərpoçt”un bütün ölkə üzrə poçt şöbələrində yardımların qəbuluna və göndərilməsinə başlanılır. Göndərişlərə görə heç bir xidmət haqqı alınmır. Bununla belə bağlamaların qəbulu və qablaşdırılması adi poçt göndərişi qaydasında həyata keçirilir, yəni göndərilən mallar vətəndaşın iştirakı ilə siyahıya alınır və qablaşdırılır.


Vətəndaşlardan yardımların hazırlanması zamanı Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) qoyduğu tələblərə riayət etmələri xahiş olunur. Nəzərinizə çatdıraq ki, istifadə olunmuş geyimlər və əşyalar gigiyenik şərtlər və epidemiya riski baxımından qəbul olunmur.


Bundan əlavə, tez xarab olan və daşınması mümkün olmayan məhsullar göndəriş üçün qəbul edilmir.


Yardım məqsədilə aşağıdakı geyim və əşyaların göndərilməsi tövsiyə olunur:


Geyimlər


palto

plaş

papaq, şərf

əlcək

qış ayaqqabıları

isti üst geyimləri

alt paltarları


Digər əşyalar


çadır

döşək

yorğan

yastıq

termos

uşaq bezləri

əl fənəri

generator






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.