2023/2024-cü tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına sənəd qəbulu başa çatıb.
Senzor.az xəbər verir ki, ümumilikdə 18 722 bakalavr ərizəsini təsdiq edib.
Onlardan 17 188-si Azərbaycan, 1 534-ü isə rus bölməsi üzrə təhsilini bitirənlərdir.
Qeyd edək ki, magistraturaya qəbul imtahanının I cəhdi fevralın 19-da, II cəhdinin isə iyunun 11-də keçirilməsi nəzərdə tutulur.