Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda Zaqatala, Şəki və Balakəndə qar yağır.
Xidmətdən Senzor.az-a bildirilib ki, gün ərzində şimal-qərb küləyi əsib, arabir Zaqatalada saniyədə 25, Balakəndə 24, Naftalan, Qobustan, Şəkidə 22, Daşkəsəndə 20, Ceyrançöl, Tovuz, Gəncədə 18, Bakıda və Abşeron yarımadasında 20 metrədək güclənib.