Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində yoxlamalara başlanılıb.
Naxçıvan kənd təsərrüfatı nazirinin müavini Fikrət Həsənov məlumatı təsdiq edib.
O bildirib ki, Azərbaycan Respublikası Hesablamalar Palatasının 2023-cü il iş planına əsasən Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsaitlərin və dövlət əmlakının istifadəsinin və idarə olunmasının auditi aparılır. Yoxlamalar 1 yanvar 2022-ci il tarixdən 1 yanvar 2023-cü il tarixinədək olan dövrü əhatə etməklə, 2023-cü ilin 15 fevral tarixindən 18 mart tarixinədək keçiriləcək.(APA)