Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Xəzər dənizinin Bakı və Sumqayıt şəhərləri akvatoriyasında, Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov açıqlamasında bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Azər Abdullayev, Neftçala rayon sakinləri Yasər Yusubov, Asif Cəfərov, Yusif Hüseynov, Mübariz Cəfərov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb:


“Ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 1390 metr uzunluğunda 16 ədəd sintetik tor yığışdırılıb”.


B.Məhəmmədov bildirib ki, eyni zamanda ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə, Quba rayon sakinləri Sahib Daşdəmirov, Zülfü İsmayılov, Taleh İsayev, Şabran rayon sakini Heybətulla Bağırov, İmişli rayon sakini Mübariz Şahbazov, Bakı şəhər sakini Sücayət Əliyev, Ağcabədi şəhər sakinləri Emin Nəsirov və Tofiq Musayev saxlanılıb: "“Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.”






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.