Şuşaya çəkilən sürət yolu pullu olacaq.
Məlumata görə, bunu bu gün Zəngilan rayonunun Ağalı kəndinə mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
O bildirib ki, Əhmədbəyli-Füzuli-Şuşa sürət yolu Şuşaya çəkilən Zəfər yolundan 20 km qısadır. 81,2 km olan yol hər tərəfdən çəpərlənəcək: "Həmin yol pullu olacaq. Xarici turistlərin gələcəkdə Şuşaya axını güclü olacaq. Ona görə də bu yolu ödənişli edəcəyik ki, yoldan yığılan vəsait onun saxlanmasına istifadə olunsun".