Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Naxçıvan Muxtar Respublikasına gedib.
APA xəbər verir ki, nazir bu gün Naxçıvan şəhərinin mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Səfər çərçivəsində Samir Şərifovun bu gün muxtar respublikada bir sıra görüşlər keçirəcəyi gözlənilir.