Xalq artisti Əli Əsgərov dünyasını dəyişdi

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Beynəlxalq opera festivalları laureatı, Azərbaycanın Xalq artisti, Prezident mükafatçısı, baş opera müğənnisi Əli Əsgərov vəfat edib.

 

Senzor.az bildirir ki, Ə.Əsgərov 62 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

Opera və Balet Teatrının mətbuat katibi Şükufə Ağamirzəyeva bildirib ki, baş opera müğənnisi ötən gün insult keçirib və müalicə üçün xəstəxanaya yerləşdirilib: "Şəxsən teatrın rəhbərliyi onun səhhəti ilə maraqlanırdı. Lakin, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb".

 

Qeyd edək ki, Əli Rəhim oğlu Əsgərov 25 noyabr 1961-ci ildə Bakıda anadan olub. Ü.Hacıbəyli adina Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal şöbəsini və aspiranturasını bitirib.

 

1989-cu ildən Akademik Opera və Balet Teatrının solisti idi. Teatrın səhnəsində bir çox opera tamaşalarında, eləcə də Fransa, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan və s. ölkələrdə opera festivallarında, vokal müsabiqələrində çıxış edib, laureat adını qazanıb. 1997-ci ildə Bakıda Bülbül adına Vokalçılarin I Beynəlxalq Müsabiqəsinin “Qran Pri” mükafatçısı olub.

 

1998-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artisti”, 2012-ci ildə “Xalq artisti” fəxri adlarına, dəfələrlə Prezident mükafatına layiq görülüb.

 

Allah rəhmət eləsin!






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.