Sabirabad rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Hacıqabul-Horadiz magistral yolunun rayonun Bulaqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, mikroavtobus yük maşını ilə toqquşub. Qəza zamanı 1955-ci il təvəllüdlü Hüseynova Cəmilə Məhərrəm qızı, 1998-ci il təvəllüdlü Zeynalov Elçin Xanlar oğlu, 1992-ci il təvəllüdlü Salayev Sübhan Etibar oğlu, 1973-cü il təvəllüdlü Əliyev Bərxudar Saleh oğlu və 1970-ci il təvəllüdlü Məmmədova Cəvahir Əliş qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.