Naxçıvanda “ASAN xidmət” mərkəzinin açılması ilə bağlı işlər davam edir.
Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Agentlik rəhbəri bildirib ki, mərkəzlə bağlı son tamamlama işləri gedir: "Naxçıvan Nazirlər Kabineti bu istiqamətdə müvafiq işlər görür. Yəqin ki, bu il ərzində “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq".
Onun sözlərinə görə, Şuşada isə “ASAN xidmət”in açılması daha yaxın vaxtlara planlaşdırılır.
Ülvi Mehdiyev əlavə edib ki, hazırda Şuşada inşa edilən “ASAN xidmət” mərkəzində işlər tamamlanmaq üzrədir: "Ümumiyyətlə, azad olunan ərazilərə böyük qayıdış davam edir. Dövlətimiz öz gücü hesabına orada şəhər və kəndərimizi sıfırdan qurur. Əhalinin köçü baş verdiyi ərəfədə də “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayacaq. Qısa müddətdə Şuşada “ASAN xidmət” mərkəzi açılacaq".