Füzuli Rayon Polis Şöbəsində (RPŞ) yeni kadr təyinatları olub.
Məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı Adil Səmədov Füzuli RPŞ-nin İstintaq Bölməsinə rəis təyin edilib.
Nazirin digər bir əmri ilə polis kapitanı İlqar Nəcəfov Füzuli RPŞ-də Cinayət Axtarış Bölməsinin rəisi təyin olunub.
Qeyd edək ki, İ.Nəcəfov şəhid Vüqar Nəcəfovun qardaşıdır.("Report")