Bəxtiyar Hacıyev aclığı dayandırdı
“RƏİS SÖZ VERDİ Kİ...”

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev fevralın 28-də aclığı dayandırmaq qərarına gəlib. 

 

Senzor.az bildirir ki, bu barədə Facebook-da onun vəkili Aqil Layıc məlumat paylaşıb.

 

"Müəssisə rəisi ilə görüşdük. Rəis ona reabilitasiya üçün lazımı şəraitin yaradılacağını, həkim təhkim edəcəyini dedi. Bir azdan Bəxtiyar ilkin mərhələdə qida qəbul edəcək. Ona dəstək olan hər kəsə təşəkkür etdi. Hüquqi mübarizəni ədalətə nail olana qədər davam etdirəcəyik", - deyə vəkil qeyd edib.

 

Xatırladaq ki, Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onun barəsində 1 ay 20 gün həbs qərarı verib.

 

Dekabrın 15-də B.Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb və indiyədək davam etdirirdi.

 

Onu da qeyd edək ki, yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb. Fevralın 23-də isə Xətai nəhkəməsi həbs müddətinin daha 2 ay-aprelin 28-dək uzadılması barədə qərar verib.

 

Məhkəmələr məhkəmə istintaqı başlayana qədər həbs qətimkan tədbirinin dəyişdirilərək Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması və ya girov müqabilində azad edilməsilə bağlı vəkillərin çoxsaylı vəsatətlərini təmin etməyiblər. 

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.