Bakıda tanınmış şəxsin maşınının nömrəsi oğurlandı - VİDEO

Bakının mərkəzində park edilən avtomobilin nömrəsini oğurlayıblar.

 

Xəzər TV-nin xəbərinə görə, nömrənin qaytarılması üçün maşının sahibindən külli miqdarda pul tələb ediblər.

 

Hadisə paytaxt sakini, Vəkillər Kollegiyasının üzvü Şahin Rəhimovun başına gəlib.

 

Onun sözlərinə görə, hadisə paytaxtın Yasamal rayonunda, Şamil Əzizbəyov küçəsində baş verib.

 

Nömrəni oğurlayan şəxs və ya şəxslər  tərəfindən avtomobilin üzərinə əlaqə nömrəsi də yazılıb.

 

Şahin Rəhimov həmin nömrə ilə vatsap üzərindən əlaqə yaradıb. Ondan nömrənin qarşılığında xeyli məbləğdə pul tələb edilib.

 

Bu barədə polisə məlumat verən Ş.Rəhimov xüsusi əməliyyat vasitəsilə nömrəsinin qaytarıldığını deyir.

 

Nömrəni gətirən taksi sürücüsü isə Yasamal rayon 27-ci Polis Bölməsinə dəvət edilib və izahatı alınıb. Hazırda bölmədə hadisəni törədən şəxs və ya şəxslərin axtarışları davam edir.


Daha ətraflı videomaterialda:

 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.