Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici jurnalistlər Ağdamа gəliblər.
Senzor.az xəbər verir ki, Ağdama səfər çərçivəsində xarici mətbuat nümayəndələri ərazilərin minalardan təmizlənməsi prosesi ilə tanış olacaq, habelə işğal zamanı dağıdılmış mülki obyektlərə, dini və mədəni-tarixi abidələrə, o cümlədən “İmarət” kompleksinə, Şəhidlər xiyabanına, eləcə də Dram teatrına baş çəkəcəklər.
Media nümayəndələri, həmçinin Ağdam şəhəri işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə də tanış olacaqlar.