Martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu dəfn olunub.
Senzor.az bildirir ki, şəhid baş leytenant bu gün Neftçaladakı şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
**00:31
Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub.
Senzor.az bildirir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
"Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin", - Azərbaycanın Müdafiə Nazirliyindən əlavə olunub.
Qeyd edək ki, minaya düşərək şəhid olan hərbçi Kamran Hüseynov Neftçala sakinidir. O, 1995-ci il təvəllüdlüdür və evin tək oğlu olub.