Yaxın gələcəkdə Füzuli rayonunun Dövlətyarlı, Dədəli və Pirəhmədli kəndlərinin tikintisinə başlanacaq.
Bunu Füzulidə Şəhərsalma məsələləri üzrə İşçi qrupunun növbəti iclasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.
“Hazırda isə daha 7 kəndin tikintisinə başlamaq üçün layihələndirmə işləri aparılır”, - o deyib.