İrandan Azərbaycana silah-sursat və narkotik göndərilib - SAXLANILAN VAR
YENİLƏNİB

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən İran İslam Respublikasından ölkəmizə qeyri-leqal yollarla göndərilən "Kalaşnikov" avtomatı və narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşının alınması istiqamətində növbəti uğurlu əməliyyat həyata keçirilib.


Bu barədə Senzor.az-a DİN-dən məlumat verilib.


Bildirilib ki, İdarəyə xidməti ərazi olan Qaradağ rayonunda yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında bir nəfərin İranda yaşayan "Nadir" adlı şəxslə əlaqə yaradaraq onun ölkəyə göndərdiyi silah və narkotikləri qəbul edəcəyi barədə əməliyyat məlumatı daxil olub. Dərhal qeyd edilən ərazi su polisləri tərəfindən nəzarətə götürülüb. Bir müddətdən sonra İran vətəndaşının əvvəlcədən təyin etdiyi nöqtəyə yaxınlaşan onun ölkə daxilində məxfi əməkdaşlığa cəlb etdiyi şəxs gizlədilən narkotik vasitə və avtomatı axtarmağa başlayıb. Bu zaman o, İran vətəndaşı ilə əlaqə yaradaraq silahın və narkotiklərin yerini dəqiqləşdirib.

Həmin şəxs İran vətəndaşının ona göndərdiyi bağlamanı götürüb ərazidən uzaqlaşmaq istəyən zaman su polisləri tərəfindən saxlanılıb. Araşdırmalar zamanı onun paytaxt sakini Orxan Əzizəliyev olduğu müəyyən edilib və o, vaxtı ilə özəl mühafizə şirkətlərindən birinin əməkdaşı olub. Orxan Əzizəliyevin əlindəki bağlamaya baxış zamanı 1 ədəd "Kalaşnikov" markalı avtomat, 2 ədəd parton darağı, 60 ədəd patron və külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılan şəxs ilkin ifadəsində avtomat və narkotiklərin ona aid olmadığını bildirsə də, təkzibedilməz faktlar, həmçinin onun İran vətəndaşı ilə əlbir olduğunu sübut edən əməliyyat yolu ilə əldə edilən səs yazıları qarşısında cinayətini etiraf etməli olub.


Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.


Qeyd edək ki, balıqovlama mövsümünün başa çatması ilə əlaqədar olaraq Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həmçinin brokonyerliklə, Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərə cinsli balıqların və adı "Qırmızı Kitab"a düşən quşların ovlanması ilə məşğul olan şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb edilmələri, eləcə də dənizin dibi ilə çəkilən dəmir boru kəmərlərini qanunsuz olaraq kəsib satışını təşkil edənlərə qarşı mübarizə tədbirləri daha da gücləndirilib. Araşdırma zamanı müəyyən edilib ki, körpə cinsli nərə balıqların qanunsuz ovlanması paytaxt, eləcə də bölgələrdə fəaliyyət göstərən bir neçə kafe və restoran sahibləri tərəfindən sifariş edilir. Həmin ictimai iaşə obyektlərinin sahiblərinə xəbərdarlıq edilərək bildirilir ki, onlar barəsində Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən digər müvafiq dövlət orqanları ilə birgə qanunauyğun ciddi tədbirlər görüləcək.

**09:26

Bakı sakinin üzərində “Kalaşnikov” aşkarlanıb.

 

Senzor.az bildirir ki, aprelin 12-də Su Nəqliyyatında Polis İdarəsinin Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında Xüsusi Patrul Bölmələrinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 25.11.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş Əzizəliyev Orxan İnqlab oğlu Bakı şəhəri, Qaradağ rayonu, Sar qəsəbəsində yerləşən Qaradağ Limanında saxlanılaraq Su NPİ-yə gətirilib.

 

Onun üzərinə baxış zamanı 1 ədəd texniki cəhətdən saz və atəş üçün yararlı olan AKMS modelli, “Kalaşnikov” konstruksiyalı odlu yivli silah olan avtomat, 60 ədəd 7,62x39 mm kalibrli döyüş sursatı və atəş üçün yararlı olan ştat patronlar, “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan 02 ədəd daraq və çəkisi 9,547 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.