Azərbaycanda bayram namazının vaxtı açıqlanıb

Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna əsasən təqdim etdiyi təqvimə görə, aprelin 21-də Azərbaycanda Ramazan bayramının olacağı gözlənilir.


Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, hər il olduğu kimi bayram namazı bəzi məscidlərdə saat 08:00-da, bəzilərində isə 09:00-da qılınacaq:


“Aprelin 20-si axşam isə bayram axşamı hesab edilir və fitrə zəkatı verilir. Fitrə zəkatı hər il olduğu kimi minimum 10-15 manat məbləğ tövsiyə olunur. Məscidlərdə namaz vaxtları da hər il olduğu kimi bəzi məscidlərdə 08:00, bəzi məscidlərdə 09:00-da qılınacaq”.


Fuad Nurullayev qeyd edib ki, aprelin 19-da Ramazan bayramı ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası da yayımlanacaq.


Qeyd edək ki, Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Aprelin 9-u (Ramazanın 18-ci günü), 11-i (Ramazanın 20-ci günü), 13-ü (Ramazanın 22-ci günü) və 17-də (Ramazanın 26-cı günü) Qədr (Əhya) gecələri olub.


Xatırladaq ki, aprelin 21 və 22-də Azərbaycanda Ramazan bayramı olacaq. Bayramla əlaqədar 4 gün - aprelin 21, 22, 23 və 24-də qeyri-iş günləri olacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.