Sabah paytaxtın üç rayonunda suyun verilişində məhdudiyyət olacaq.
Senzor.az bildirir ki, bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Qeyd olunub ki, magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar aprelin 18-də gün ərzində Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.