“Formula 1”ə görə metronun iş rejimi 2 saat uzadılacaq

Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar "Bakı metropoliteni"nin iş rejimi 2 saat uzadılacaq.


Senzor.az-ın məlumatına görə, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bıxtiyar Məmmədov məlumat verib.


O bildirib ki, aprelin 28-dən 30-dək keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək:


"Paytaxtda təşkil olunan kütləvi tədbirlərlə əlaqədar müvafiq əməliyyat planı əsasında, yarışın keçiriləcəyi müddətdə metropolitendə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.


Yarışın keçiriləcəyi müddətdə nəzərdə tutulmuş kütləvi-mədəni proqramların başa çatacağı vaxtlar nəzərə alınaraq, aprelin 28-dən 29-na və 29-dan 30-na keçən gecə saat 02:00-a qədər metropoliten stansiyaları sərnişinlərin girişinə açıq olacaq.


Aprelin 30-da bazar günü olsa da, qatarların hərəkəti “Həzi Aslanov-28 May” sahəsində 2,5 dəqiqəlik intervalla təşkil ediləcək.


Qeyd olunan tarixlərdə gün ərzində qatarların hərəkəti qış qrafikinin tələblərinə uyğun nizamlanacaq. Bununla belə, idman yarışı məkanlarına yaxın stansiyalar üçün müvafiq tədbirlər planına uyğun olaraq, hazır vəziyyətdə saxlanılan ehtiyat qatarlar ehtiyac yaranacağı təqdirdə xəttə buraxılacaq"






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.