Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında keçirilən Formula 2 üzrə sərbəst yürüş başa çatıb.
Senzor.az xəbər verir ki, 45 dəqiqə davam edən sərbəst yürüşdə “Preme Racing” komandasının pilotu Oliver Berman birinci olub. “Hitech”in üzvü İsak Hajar yarışı ikinci, “Campos Racing”dən Kuş Maini üçüncü pillədə başa vurublar. Bu gün saat 13:30-dan 14:30-dək Formula 1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü keçiriləcək. Saat 15:00-da Formula 2-nin, 17:00-da isə Formula 1-in sıralanma turu başlayacaq.
Formula 2 yarışında 11 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı iki pilot təmsil edir. Ölkəmiz 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi edir. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən Bakıda Formula 1 və Formula 2 yarışları keçirilməyib. 2021-ci ildə isə yarışlar tamaşaçısız keçib.
Formula 2 çempionatı 14 mərhələdən ibarətdir. Yarışa noyabrın 24-26-da Əbu-Dabidə keçiriləcək yürüşlə yekun vurulacaq.
**10:22
Bu gündən 2023 Formula 1 Azərbaycan Qran Prisi start götürür.
Trend-in məlumatıma görə, 28-30 aprel tarixlərində keçiriləcək yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçiriləcək.
Yarışın 2-ci günü, yəni aprelin 29-da Formula 1 komandalarının 2-ci sərbəst yürüşü və Formula 1 və Formula 2 komandalarımın qısa sprint yarışları baş tutacaq.