Tərtərdə 3 kəndi su basıb – FHN ƏHALİYƏ MÜRACİƏT ETDİ
YENİLƏNİB, VİDEO/ FOTO


Ötən gün ölkənin bəzi ərazilərinə güclü yağış yağması və dolu düşməsi bir sıra fəsadlara səbəb olub.

 

Bu barədə Senzor.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Tərtər rayonunun Ağkənd, Dəmirçilər və Həsənqaya kəndlərinə yağan intensiv yağışlar səbəbindən fərdi evlərin və həyətyanı sahələrin, kənd yollarının subasmaya məruz qalması barədə məlumat daxil olub.

 

Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin qüvvələri cəlb olunub.

 

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, həmçinin ərazini tərk etməkdə çətinlik çəkən şəxslərin təxliyəsi həyata keçirilib.

 

FHN bir daha əhaliyə müraciət edərək sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmağı, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı tövsiyə edir.

 


**00:31


Aprelin 30-da axşam saatlarında yağan güclü yağış və dolu Tərtər rayonunda fəsadlar törədib.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sel suları nəticəsində rayonun Dəmirçilər, Ağkənd və Həsənqaya kəndlərində evlərə, fərdi təsərrüfatlara, taxıl və digər kənd təsərrüfatı təyinatlı bitkilərə ziyan dəyib.

 

Bundan başqa rayonun İsmayılbəyli, Qarağacı, Yuxarı Qapanlı, Qaynaq kəndlərinə dolu yağıb. Nəticədə meyvə bağlarına və əkin sahələrinə ziyan dəyib.

 

Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə rayon Fövqəladə hallar komissiyası tərəfindən gecə saatlarından təcili olaraq zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb. Hazırda bu sahədə tədbirlər davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.