Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Daxili İşlər Nazirliyi Cəbrayıl rayonunda baş verən mina hadisəsi barədə birgə məlumat yayıblar.
ANAMA-dan Senzor.az-a daxil olan məlumatda deyilir ki, mayın 1-də Cəbrayıl rayonu Cocuq Mərcanlı ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.
Məlumata əsasən, maldarlıq fəaliyyəti ilə məşğul olan Füzuli rayon Qazaxlar kənd sakini, 1964-cü il təvəllüdlü Alışov Oktay Bayram oğlu, at ilə hərəkətdə olarkən minalardan təmizlənməmiş əraziyə keçid edib və tank əleyhinə mina partlayışı nəticəsində həlak olub.