Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb.
Bu barədə Senzor.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Hazırda yollardakı vəziyyət:
1. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
3. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, "Xırdalan dairəsi" istiqamətində;
6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
7. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
8. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
9. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
10. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
11. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
12. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
13. Zərifə Əliyeva küçəsində;
14. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
15. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
16. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
17. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
18. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.