Mayın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Senzor.az-a bildirilib ki, cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-15°, gündüz 18-23° isti olacaq.
Atmosfer təzyiqi 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında da havanın əsasən yağmursuz, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14°, gündüz 21-26°, dağlarda gecə 1-6°, gündüz 8-13°, bəzi yerlərdə 16-18° isti olacaq.