Son sutkada Azərbaycanda koronavirusa 2 315 yeni yoluxma faktı qeydə alınıb, 981 nəfər müalicə olunaraq sağalıb.
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.
İndiyədək qədər ölkədə ümumilikdə 514 289 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 483 559 nəfər müalicə olunaraq sağalıb, 6 869 nəfər vəfat edib, aktiv xəstə sayı 23 861 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 053, ötən müddət ərzində isə ümumilikdə 5 095 973 test aparılıb.