Pentaqon rəhbərinin İsrailə gizli səfəri: NETANYAHU İLƏ NƏLƏRİ MÜZAKİRƏ EDİB?

ABŞ-ın müdafiə naziri Pit Heqset İsrailə gizli səfəri zamanı Baş nazir Binyamin Netanyahu ilə görüşüb.

 

Bu barədə “Axios” portalı məlumatlı mənbələrinə istinadla məlumat yayıb.

 

Mənbələrin bildirdiyinə görə, görüş bazar ertəsi baş tutub. Danışıqların təfərrüatları açıqlanmayıb.

 

Portal qeyd edir ki, səfər ABŞ Prezidenti Donald Trampın İsrail parlament seçkilərində Netanyahunu dəstəklədiyini bildirməsindən bir gün sonra reallaşıb.

 

Görüşün ABŞ və İsrail arasında İrana qarşı hərbi əməliyyatların mümkün bərpası ilə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf etdiyi bildirilir.

 

Nəşrin məlumatında o da bildirilir ki, Heqsetin Netanyahu ilə görüşü Ovda aviabazasında, ABŞ qırıcılarının və yanacaqdoldurma təyyarələrinin olduğu yerdə keçirilib.

 

Heqset, həmçinin, bazada ABŞ hərbçiləri ilə görüşüb.

 

Pentaqon və İsrailin ABŞ-dakı səfirliyi “Axios”un sorğusuna cavab verməkdən imtina edib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.