Bu gün həbsdən azad edilən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin azadlıqda ilk görüntüsü yayılıb.
Senzor.az bildirir ki, o, mətbuat konfransı keçirərək bir sıra media nümayəndələrinin suallarını cavablandırıb.
Qeyd edək ki, Ə.Əliyev bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncamla əfv edilib.
Xatırladaq ki, partiya sədri 3 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi. Onun cəza müddəti 2026-cı ildə bitəcəkdi.
Həmin mətbuat konfransından görüntüləri təqdim edirik: