Bu gün axşam saatlarında Ağdaş rayonunda 28 yaşlı Məhərrəm Hüseynov yaşadığı evdə özünə xəsarət yetirərək həyatına qəsd edib.
Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Qeyd olunub ki, M.Hüseynov vaxtilə Qəbələ rayonlararası mühafizə şöbəsində polis nəfəri vəzifəsində çalışıb. Amma bir müddət əvvəl səhhətində yaranan problemlərə görə Daxili İşlər Orqanlarından xaric edilibmiş...
Faktla bağlı araşdırma aparılır.