Azərbaycanda koronavirus: DAHA 3 NƏFƏR ÖLDÜ
PANDEMİYA DÖVRÜ BİTSƏ DƏ...

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Senzor.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 831 588 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 156 nəfər müalicə olunaraq sağalıb, 10 260 nəfər vəfat edib, aktiv xəstə sayı 172 nəfərdir.

 

Ölkədə son sutka ərzində 1500, hazırkı dövrədək isə 7 599 421 test aparılıb.

 

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib ki, COVİD xəstəliyi hələ də var, sadəcə olaraq fövqəladə vəziyyət dövrü ortadan qaldırılıb: "Koronavirusla bağlı pandemiya dövrü bitib, lakin xəstəlik hələ davam edir".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.