Laçında Sarıbaba dağından şəhərədək 8900 metr uzunluğunda su xətti çəkilib - FOTO

Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi işğaldan azad olunmuş Laçın şəhərində xüsusi hadisə ilə qeyd edilib. Laçın rayonunun Sarıbaba dağ silsiləsində, dəniz səviyyəsindən 1840 metr yüksəklikdəki Xırmanlar kəndi ərazisindən şəhərin dağ yamacına 8900 metrlik su xətti çəkilib.


AZƏRTAC xəbər verir ki, təbii bulaq suyu 300 metr yüksəklikdən öz axarı ilə şəhərə gətirilib. Su xəttinin çəkilişində 20 min kubmetrdən çox torpaq işləri görülüb. Bundan başqa, müasir suvarma sistemi dağətəyi ərazidə və dağ yamacındakı geniş yaşıllıqları yayın quraqlığından xilas edəcək.

Mayın 10-da Laçın şəhərinin Kəlbəcər, Şuşa və Qubadlı istiqamətlərindəki girişlərində Bakı Abadlıq Xidməti, DİN Laçın polis şöbəsi rəhbərliyinin və doğma şəhərin abadlaşması üçün çalışan laçınlıların iştirakı ilə ağacəkmə aksiyası keçirilib.


Erməni vandalizmi nəticəsində məhv edilmiş qədim ağacların kötükləri yanında salınan yaşıllıq zolaqları tarix üçün ibrətamiz mənzərədir. Böyük dağıntılardan sonra yenidən qurulmuş evlərin həyətində əkilən meyvə ağacları bu abad şəhərdə məskən salan yeni nəsillərlə birlikdə böyüyüb bar verəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.