Şəhid Qəbələ şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2001-ci il təvəllüdlü Məhəmməd Qarayev Qəbələdə dəfn olunub.
O, doğulduğu Qəbələ şəhərində torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları,rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, nümayəndələri və Qəbələ rayon sakinləri iştirak ediblər.
**09:04
Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu Qəbələ şəhərinin sakini idi.
“Report”un məlumatına görə, o, bu gün Qəbələ şəhərində dəfn olunacaq.
2001-ci il təvəllüdlü Məhəmməd Qarayev evin tək oğlu olub.
**00:58
Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub.
Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!