Ucarda evlərdən oğurluq edən dəstə yaxalandı - FOTO

Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən üç fərdi yaşayış evindən oğurluq edən üç nəfərdən ibarət dəstə saxlanılıb.

 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan Senzor.az a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ucar rayon sakinləri Ayaz Əhmədov, Ramil Alıyev və Elşad Hüseynov saxlanılıblar.

 

Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər. Aparılan araşdırmalar zamanı məlum olub ki, A.Əhmədov, R.Alıyev və E.Hüseynov müxtəlif vaxtlarda rayon ərazisində yerləşən üç fərdi yaşayış evinə qanunsuz daxil olaraq evlərdən televizor, samovar, musiqi mərkəzi, xalçalar, eləcə də müxtəlif növ məişət əşyaları və avadanlıqları oğurlayıblar. Zərərçəkmişlərə ümumilikdə 10000 manata yaxın maddi ziyan vuran dəstə üzvləri, ələ keçirdikləri qənimətlərin bir qismini ucuz qiymətə sataraq, əldə etdikləri pulları öz aralarında bölüblər. Əşya və avadanlıqların bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

 

Faktla əlaqədar Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Onların digər analoji hadisələr də iştiraklarının olub-olmaması araşdırılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.