"Qırmızı diplomu olan şəxslərə müəyyən güzəştlərin olması təklifi haqlıdır".
Senzor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
E.Əmrullayev bildirib ki, Elm və Təhsil Nazirliyi bu məsələdə güzəşt edən yox, sənəd verən tərəfdir:
"Biz güzəşti etmirik, onu işə götürən, bazar müəyyən edir. Lakin dünyada artıq diplomlardan, kağızlardan çox bilik rol oynayır. Güzəşt doğru və dürüst olmalıdır. Qırmızı diplom bilik və bacarığı təsdiq edirsə, haqlıdır. Yox, sadəcə rəngdirsə, o zaman güzəşt edilməsi düzgün deyil".
**17:25
İnkişaf etmiş ölkələrdə tətillər yayda yox, qışdadır. Bizdə isə 3 aylıq tətil müddəti var. Tədris müddəti nə qədər çox olsa, o qədər yaxşı olar.
Senzor.az xəbər verir ki, bu barədə media üçün keçirilən brifinqdə çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Uşaqlar indi daha az məktəbə gedir. 10 il hər həftəsonu məktəbə getməklə indiki uşaqlardan 2 il artıq tədris almışam. Tədris ilinin çox və uzun olması şagirdlərin gələcəyi üçün yaxşı olar.
Fikrimcə, məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olardı. Bu, sadəcə istəkdir”, - deyə o əlavə edib.
**
"Yay mövsümündə tələbələrin köçürülməsi məsələsi olacaq".
Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazir bununla bağlı hazırlanan sənədlərin mayın sonu iyunun əvvəli təsdiq olunacağını söyləyib.
E.Əmrullayev tələbələrin köçürülməsi prosesində xüsusi dəyişikliklərin olmasının nəzərdə tutulmadığını vurğulayıb.
**
"Təhsil olan yerdə təhsildən yayınma hallarının olması gözləniləndir".
Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, əsas məsələ bu kimi halların qarşısının alınması istiqamətində aidiyyəti qurumların birgə çalışmasıdır.
E.Əmrullayev bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə uşaqların müdafiəsi idarəsi də yaradılıb: "İdarənin fəaliyyətinin qurulması üçün işlər görülür. Bu da şagirdlərin daha təhlükəsiz şəraitdə təhsil alması üçün şərait yaratmış olacaq".
**
Bu ilin əvvəlindən 22 məktəb direktoru, 19 bağça müdiri işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.
Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
**
Uşaq bağçalarında tərbiyəçi müəllimlərin əməkhaqlarının diplomlara uyğunlaşdırılması prosesi getməlidir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, bağçalarda çalışan tərbiyəçi müəllimlərin təxminən 49 %-i bu sahə üzrə təhsil sənədi olmayanlardır:
"Əgər qanunvericiliyə edilən dəyişiklik təsdiqlənsə, bağçalarda çalışan 17 minə yaxın pedaqoji heyətin sertifikasiyadan keçirilməsi nəzərdə tutulur".
**
"Növbəti mərhələdə 33 mindən artıq müəllimin sertifikasiyası nəzərdə tutulur".
Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, 5 290 nəfər müəllimin yaşı 60-ın üzərindədir.
Nazir bildirib ki, 33 mindən çox müəllim üçün keçirilən imtahanın gözləntilərinə əsasən 80-85%-nin əməkhaqlarının artımı nəzərdə tutulur.
E.Əmrullayev həmçinin qeyd edib ki, ötən il sertifikasiya imtahanından keçə bilməyən 2 803 müəllim üçün təkrar imtahan keçiriləcək: "Onlar minimal keçid balını da bu il toplamasa və ya müsahibə mərhələsindən keçməsə əmək müqaviləsinə xitam veriləcək. Bununla da həmin yerlər vakansiyaya çıxarılacaq".
**16:35
Elm və təhsil naziri Emin Əmrullayev brifinq keçirir.
Senzor.az brifinqdən birbaşa yayımı təqdim edir: