Naxçıvanda 2022-ci ildə podratçı təşkilatlar tərəfindən icra edilmiş, lakin dəyəri ödənilməmiş tikinti-quraşdırma işlərinin dəyərinin ödənilməsi üçün müvafiq arayışın hazırlanıb təqdim edilməsi məqsədilə Komissiya yaradılıb.
Naxçıvan MR Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən xəbərə görə, Nazirlər Kabinetinin 3 may 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında 2022-ci ildə podratçı təşkilatlar tərəfindən icra edilmiş lakin dəyəri ödənilməmiş tikinti-quraşdırma işlərinin, avadanlıq, mal-material və xidmətlərin dəyərinin ödənilməsi üçün müvafiq arayışın hazırlanıb təqdim edilməsi məqsədilə Komissiya yaradılıb.